Rusiya hökuməti Azərbaycanla uçuş şəbəkəsinin genişləndirilməsini müzakirə edir
17.04.2026

Rusiya ilə Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır.

Bunu Bakıda keçirilən  Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini  Aleksey Overçuk bildirib.

O, Azərbaycanda çoxlu sayda müasir beynəlxalq hava limanının yaradıldığını xüsusi qeyd edib:

“Dünən biz uçuş coğrafiyasının genişləndirilməsini müzakirə etdik ki, Rusiyanın daha çox şəhərinin sakinləri birbaşa, minimum xərc və rahatlıqla  Azərbaycana gələ bilsinlər”.

visiontv.az