Rusiya Ermənistana hərbi müdaxilə edə bilər
23.02.2026

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya Gümrüdəki 102-ci bazasında aktivliyi artırır. Xüsusilə, bu hərbi hissə bir növ Ermənistan müxalifətinin "Seçki Qərargahı" funksiyasını həyata keçirir. Təbii ki, erməni müxalif siyasətçilər hərbi hissəyə getməsə də, Rusiya erməni müxalifətini buradan idarə edir.

Ermənistanda seçkilərə az qalmış Gümrüdə 102-ci baza təlim adı ilə sahəyə çıxması istisna deyil. N. Paşinyanın da daha çox çəkindiyi məhz Rusiyanın 102-ci bazasının silahlı təxribatlara getməsidir.

Rusiya seçkilər günü silahlı instdentlər törədir və 102-ci baza Yerevanda "rus vətəndaşlarını" qorumaq üçün hərəkətə keçir. Nəticədə N.Paşinyanı devirib, Samvel Karapetyanın partiyasını iqtidara gətirmək planı mümkün ssenaridədir.

Ermənistan müxalifəti Rusiyanın dəstəyi ilə silahlı insidentlər həyata keçirməsi gözlənilir. Rusiya Ermənistanda baş verən siyasi prosesləri öz geosiyasi mövqelərinə təhdid hesab edir.

Məhəmməd Əsədullazadə

visiontv.az