Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək onun ruhunu narahat etməkdir-deputat Razi Nurullayev
09.07.2020

Rəsulzadə böyük şəxsiyyətdir və onunla eyniləşmək üçün gərək nəsə qurub yaradasan. O, ADR-i yaradıb. Elçibəy isə milli-azadlıq hərəkatının lideri olub. İqtidar Heydər Əliyevin müasir Azərbaycanın memarı olduğunu deyir. Xoşumuz gəldi-gəlmədi bu şəxsiyyətlər qurucudir, adlarını silinməmək şərti ilə tarixə yazıblar.

İndi Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək milyonlarla Rəsulzadə sevərlərin qəlbini incitmək və dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir.

O, nə yaradıb, nə qurub?

Əli Kərimli radikal, barışmaz müxalif siyasətin önündə gedənlərdən biridir. Buna da etiraz edən yox. İstəyir on qat daha radikal olsun. O da onun siyasi xəttidir, belə siyasətdən zövq alır.

Onsuz da Azərbaycanda siyasət eybəcərdir, onu daha da eybəcərləşdirmək və gözdən salmaq lazım deyil.

Visiontv.az