Rəsmi Ankara Bakı ilə İrəvanın sülh sazişində yerdə qalan maddələri razılaşdıracağına inanır
10.01.2025

Qarabağın işğalının sona çatması bölgədə davamlı sülh üçün əsas mərhələdir. Regional sülhün davamlı olması lazımdır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Cənubi Qafqazda olan qeyri-sabit vəziyyət heç kimin xeyrinə olmayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev həm bölgə, həm də Azərbaycanın inkişafı üçün addımlar atır”.

Hakan Fidan qeyd edib ki, davamlı sülh üçün bir neçə maddənin də razılaşdırılması lazımdır: “Ümid edirik ki, 2025-ci ildə bu maddələr də razılaşdırılar”.