5.08.2020
Axtar
Gündəlik
alt

Ramiz Mehdiyevə təşəkkür-Alqış Musayev

Dünənki açıqlamasında o, iki vacib suala aydınlıq gətirib.

Mətbuatda barəsində yazilanları təkzib etməyə çalışdığı mətnin sonunda deyilir.” …dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”

Əslində, problemin, bütün süalların mənbəyini və cababını bu cümlədə axtarmaq lazımdır.

Bir adam bütün sahələr üzrə Prezidentə neçə kömək edə bilər?

Bəlli olur ki, zamanında Ramiz Mehdiyev Adminstrasiyanın rəhbəri kimi bütün sahələrə “yaradıçı” müdaxilə edə bilib.

Nəticə isə göz qabağndadır: idarəçiliyin bütün sahələrində problemlər xirtdəyə qədərdir…

Ramiz Mehdiyev “son vaxtlar onu niyə tənqid edirlər? sualını da cavabsız qoymayıb.

Görünüən budur ki, o yenə də özünü həmişəki kimi bütün sahələr üzrə yeganə mütəxəssis hesab edir.

Və “kömək” etməyə hazır olduğunu açıq mətnlə dilə gətirir.

Onu başa salmaq istəyirlər ki, sən artıq bütün sahələr uzrə əvəzedilməz köməkçi deyilsən, indi öz işinlə məğul ol.

Və o, məhz öz işi ilə məşğul olmadığından tənqid hədəfinə çevrilir…

Bu qədər sadə!..

Amm mən Ramız Mehdiyevi çox yaxşı başa düşürəm.

Axı heç vaxt onun öz işi olmayıb…

Visiontv.az

Şərh