Ramazan və gerçəklik-Ceyhun Bayramlı
17.04.2021

Açığı, bu il gözləyirdim ki, Qafqaz Müsəlmanları İdarəsi və ölkədə dini cameənin başında gələn din xadimləri bu ilki Ramazan orucu ilə bağlı fərqli tövsiyələr edər, ancaq belə olmadı.

Hər kəs bilir ki, COVID-19 virusu məhz immuniteti aşağı olan insanların qənimidir. Bu şəraitdə 14-15 saat oruc tutmaq gün ərzində immuniteti kifayət qədər aşağı endirir. Ölkədə günə rəsmi rəqəmlərlə 2200-2300 arası yoluxma qeydə alınır. İnsanların immunitetini qorumaq üçün bu ilki oruc tutma prosedurunu pandemiyadan sonrakı dövrə qədər təxirə salmağı tövsiyə etmək daha faydalı olardı. Oruc Quranda göstərilən ibadətlərdən biridir. Dindarlar özləri gözəl bilir ki, şəri qaydalara görə, yerinə yetirilməyən bir ibadətin əvəzini sonradan ödəyə bilərlər. İstər fidyə verməklə, istər qəza orucu tutmaqla, istər kasıb olan insanları doyurmaq və ya onlara yardım etməklə. İnsanın sağlamlığına real təhlükə mövcuddursa, ibadəti təxirə salmaqda heç bir günah yoxdur. Allah eləsin ki, bu bir ay ərzində oruc tutan müsəlman soydaşlarımızın arasında COVID-19 virusuna yoluxma sayı artmasın.

visiontv.az