İran Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei bəzi qonşu ölkələrə hücumları davam edəcəklərini bildirib.
O regiondakı bəzi ölkələrin "düşmənin əlində olduqlarına" dair məlumat aldıqlarını və onların İrana hücum üçün istifadə edildiyini iddia edib.
Ejei hazırda İranı rəsmi olaraq idarə edən 3 nəfərlik müvəqqəti şuranın üzvüdür. Həmin şuranın başqa üzvü Məsud Pezeşkian bu gün qonşu ölkələrə hücum etməyəcəklərini açıqlamışdı. O, qonşu ölkələrdən üzr istəmişdi.
Ejei həmçinin İranda sərt baxışları və SEPAH-a yaxınlığı ilə tanınır. O, İranda ilin əvvəlindəki etirazlardan sonra həbs edilən etirazçıların edamını dəstəkləyənlərdən olmuşdu.
İran konflikti başlayandan bu yana İran ərazisindən ərəb ölkələrinə o cümlədən Azərbaycana raket və dron hücumu olub. Ərəb ölkələri və Azərbaycan bu hücumları sərt tənqid ediblər.
visiontv.az