Pakistan donanması ticarət gəmilərini müşayiət edəcək: Yeni əməliyyatın anonsu
10.03.2026

Yaxın Şərq regionunda davam edən gərginlik səbəbindən Pakistanın Hərbi Dəniz Qüvvələri dövlətin enerji ehtiyaclarının kəsintisiz təminatı və milli yük daşımalarının təhlükəsizliyi məqsədilə xüsusi əməliyyata başlayıb.

Bu barədə  ölkənin  Silahlı  Qüvvələr üzrə idarələrarası ictimaiyyətlə əlaqələr qurumu rəsmi açıqlama yayıb.

Qurumun  bəyanatında bildirilir ki, regionda dəniz təhlükəsizliyi şəraitinin dəyişməsi və mühüm marşrutlarda yarana biləcək maneələr fonunda Pakistan donanması milli ticarət və gəmiçilik sahəsinə yönələn təhlükələri zərərsizləşdirmək üçün "Mühafiz-ül-Bəhr" ("Dəniz keşikçisi") adlı əməliyyatı həyata keçirir.

Məlumatda qeyd olunur ki, ölkənin ticarət dövriyyəsinin təqribən 90 faizi dəniz yolları vasitəsilə icra edilir. Donanmaya məxsus hərbi gəmilər yük tankerlərini qoruyacaq və dövlətin enerji idxalının dayanmadan davam etməsi, dəniz yollarının mühafizəsi naminə bu prosesə tam nəzarəti həyata keçirəcəklər.

visiontv.az