Qonşu ölkələrdə yerli valyutaların son durumu - MƏZƏNNƏLƏR
06.04.2020

Azərbaycana qonşu olan ölkələrdə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında hər gün dəyişir.

Visiontv.az xəbər verir ki, dolların məzənnəsində dəyişiklik ən çox Rusiyanın milli valyutası olan rublda özünü göstərir.

Belə ki, bu günə olan rəsmi məzənnədə 1 dollar 76,57 rubla satılır. Ötən həftə (79,32) ilə müqayisədə rubl nisbətən bahalaşıb.

Bundan başqa son bir həftə ərzində Türkiyə lirəsi dollar qarşısında 1 dollar üçün 6,5 lirədən 6,7 lirəyə qalxıb.

Digər bir qonşumuz Gürcüstanda isə milli valyuta - lari dollar qarşısında nisbətən bahalaşıb. Son bir həftə ərzində dolların məzənnəsi 3,3 laridən 3,1 lariyə düşüb.

Onu da bildirək ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın - manatın məzənnəsində heç bir dəyişiklik olmayıb. Bir həftə əvvəl olduğu kimi bu gün də 1 dollar 1,7 manata bərabərdir.