Hicab bayrağımızdır- Polis komandanı
08.05.2024

Bu gün hicab İranın bayrağıdır və düşmən bayrağımız sayılan çadranı qadınlarımızdan almaq üçün qapımıza qədər gəlib.

Bunu İran polisinin baş komandanı Əhmədrza Radan deyib.

O, bir daha məcburi hicab qaydalarının tətbiqi ilə bağlı güzəşt edilməyəcəyi barədə xəbərdarlıq edib.

Radan İran bayrağını, çadranı düşmənə təslim etməmək üçün hamını əlbir olmağa çağırıb.

Qeyd edək ki, aprelin 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalara və onlarla şəxsin həbs edilməsinə səbəb olub.

Qaydaların daha da sərtləşdirilməsi isə bir müddət öncə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- deyə Xamənei bildirmişdi.

visiontv.az