22.011.2019
Axtar
Hadisə
alt

Qobustanda qəzada ölənlərin və xəsarət alanların adları məlum olub

Qobustanda baş verən qəzada ölənlərin və xəsarət alanların adları məlum olub.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı “VAZ 2107” və 10-OA-184 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobillərinin  toqquşması nəticəsində Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu aldığı ağır xəsarətdən hadisə yerində ölüb. 

Ağsu sakinləri, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlər aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Xatırladaq ki, bu gün səhər saatlarında Qobustan ərazisində ağır yol qəzası qeydə alınıb. Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Şərh