Qızıl Aypara Cəmiyyəti: Helikopterin qalıqları tapılıb, lakin sərnişinlərin sağ olmasına dair heç bir əlamət yoxdur
20.05.2024

"Prezidentin qəzaya uğramış helikopterinin yerini aşkar etdikdə sərnişinlərin sağ olmasına dair heç bir əlamət yox idi".

APA-nın IRNA-ya istinadən verdiyi məlumata görə, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.

O bildirib ki, xilasetmə qrupları helikopterin qalıqlarını tapıb, lakin sərnişinlərin sağ olmasına dair heç bir əlamət yoxdur.

visiontv.az