Qələbəmizin təməl daşlarından biri, məhz 20 yanvar hadisələrində qoyuldu - deputat Nəsib Məhəməliyev
Qələbəmizin təməl daşlarından biri, məhz 20 yanvar hadisələrində qoyuldu - deputat Nəsib Məhəməliyev
21.01.2021 Nəsib Məhəməliyev Tərəfindən

Müstəqillik illərində Azərbaycanda baş vermiş ictimai-siyasi prosesləri təhlil etdikdə demək olar ku, bu günki qələbəmizin təməl daşlarından biri, məhz 20 yanvar hadisələrində qoyulmuşdur.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, ümummilli məsələlərdə xalqın öz Lideri ətrafında bir yumruq kimi birləşməsi, bu günki qələbələrimizi şərtləndirən amillərdəndir. Hər kəsin yaxşı xatirindədir, 1990-cı il yanvar ayının 21-də o vaxtlar bütün dövlət vəzifələrindən istefa vermiş ümummilli Lider Heydər Əliyev oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya sovet qoşunlarının törətdiyi qırğınlar barədə məlumat verdi.

Ciddi bir səbəb olmadan Bakıya qoşun yeritməkdə və çoxsaylı insan ölümündə SSRİ rəhbəri Qorbaçovu günahlandırdı. Hadisənin qarşısının alınmasında bütün imkanların olmasına rəğmən kommunist partiyasının rəhbərliyinin Azərbaycan xalqına qarşı ağır cinayət işlətdiyini bildirdi.

O dövrün reallıqlarını nəzərə alsaq, Ulu Öndərin hansı risklər altında bu bəyanatları səsləndirdiyini, ancaq çətin gündə öz xalqının yanında olduğunu görürük. Ekstremal vəziyyətlərdə canlarını götürüb qaçan digər siyasi rəhbərlərdən fərqli olaraq, Heydər Əliyev ölümdən belə çəkinmədən ağır günlərdə öz xalqının dərdinə şərik oldu, yol göstərdi. Təbii bütün bunlar xalqın gözü qarşısında baş verdiyi üçün, Heydər Əliyev mərdlik, qəhrəmanlıq simvoluna çevrildi. Sonrakı proseslər, Azərbaycanın bu günki güclü inkişafı, torpaqlarımızın işğaldan azad olunması bir daha gpstərdi ki, Azərbaycan xalqı taleyini Ümummilli Lider Heydər Əliyevə və ondan sonra İlham Əliyevə etibar erməklə ən doğru yol tutmuşdur. İllər, əsrlər keçəcək, Azərbaycan xalqı hər zaman 20 yanvar hadisələrini qəhrəmanlıq rəmzi kimi xatırlayacaqdır.

Visiontv.az