Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsi” ilə bağlı göstəriş verib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.
O qeyd edib ki, ölkədəki vəziyyət Prezidentin birbaşa nəzarətindədir.
Onun sözünə görə, müvafiq qurumlara strateji və infrastruktur obyektlərin mühafizəsizilə bağlı göstərişlər verilib.