Qazaxıstan ərazi bütövlüyünü qoruyub saxlaya biləcəkmi-əsas məsələ budur
Qazaxıstan ərazi bütövlüyünü qoruyub saxlaya biləcəkmi-əsas məsələ budur
06.01.2022 Sahib Alıyev Tərəfindən

Aydındır ki, Qazaxıstanda yaxşı heç nə baş verməyib və hazırda da vermir. Amma gələcəkdə orada hansı proseslərin gedəcəyi daha qayğılandırıcıdır. Bizə dost olan bu ölkə bütövlüyünü qoruyub saxlaya biləcəkmi, öz addımlarında nə dərəcədə müstəqil olcaq və necə bir siyasət yeridəcək- əsas məsələ budur.

Görün, Mərkəzi Asiyanın böyük perspektivlər vəd edən bir ölkəsi nə hala salınır ki,  vəziyyəti düzəltmək üçün Ermənistandan da ora hərbçi göndərilir. Ermənistandan ey... acınacaqlıdır!

Söhbət qardaş qazax xalqından getdiyindən hər şeyi çılpaqlığıyla yaza bilmirsən. Sadəcə, onu deyim ki, Qazaxıstanda baş verənləri görüb də ulu öndər  Heydər Əliyevi xatırlamamaq, xatırlayıb da onun  nə qədər bənzərsiz və nəhəng bir siyasətçi olduğunu anlamamaq mümkünsüzdür.

Millət vəkili Sahib Alıyev

Visiontv.az