Qaradağda dəhşətli qəza: Əcnəbi zavod işçiləri öldü + VİDEO
18.06.2019

VisionTV.az  xəbər verir ki, Qaradağ rayonunda “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində ümumilikdə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Mikroavtobusda Hindistan vətəndaşları olub. Onlar Bakı Gəmiqayırma Zavodunun subkontraktor işçiləridir.

Qəzaya səbəb kimi “Ford”un “Toyota Prado”nun yoluna çıxdığı göstərilir

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılar 1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü) və Banqladeş vətəndaşları - 1983-cü il təvəllüdlü Məhəmməd Ərşad, 1979-cu il təvəllüdlü Zahangir Alam, 1987-ci il təvəllüdlü Ruhul Amin, 1990-cı il təvəllüdlü Hüseyn Muhasib, 1997-ci il təvəllüdlü Vetri Çelvin, 1977-ci il təvəllüdlü Məhəmməd Muxtar, 1979-cu il təvəllüdlü İslam Məcnundur.