Putin Qərbin Rusiyanın Çinlə hərbi ittifaq yaratması ilə bağlı iddialarını təkzib edib
26.03.2023

“Rusiya Çinlə hərbi ittifaq yaratmır və heç bir ölkəni təhdid etmir”.

Visiontv.az Apa - ya əsasən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalında müsahibəsində deyib.Putin Qərbin Rusiyanın Çinlə hərbi ittifaq yaratması ilə bağlı iddialarını təkzib edib.

O vurğulayıb ki, Rusiya və Çin bir sıra sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edir, lakin bu heç bir təhlükə yaratmır.