Prezidentin çağırışından sonra Rövnəq Abdullayev gəncləri yüksək vəzifələrə təyin etdi - RƏSMİ
04.11.2019

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinatlar olub.

Visiontv.az-ın verdiyi xəbərə görə, Adnan Əhmədzadə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.

Adil Əliyev isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsinə gətirilib.

Xatırladaq ki, Adnan Əhmədzadə bundan əvvəl Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Oxu.az