Prezident və xanımının izlədiyi "Qarabağ" və “Qalatasaray” oynunda bir qol fərqlə Türkiyə qalib gəldi
26.03.2023

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.

Visiontv.az Apa - ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.

Oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib.

Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib – 1:0.

"Köhlən atlar"ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib.

İlk hissə 1:1-lik hesabla başa çatıb.

Oyunun 87-ci dəqiqədə İstanbul təmsilçisi 2:1 önə keçib.

“Qalatasaray”ın hücumçususu Mauro İkardi penaltini dəqiq yerinə yetirib.

Qonaqlar 2:1 hesabə ilə qalib gəlib.

Xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Bu üzdən “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıb.

Yoldaşlıq oyunu
26 mart
20:00. “Qarabağ” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə) 1:2
Baş hakim: 
Əliyar Ağayev

"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Qerye, 6. Juliu Romau, 2. Qara Qarayev, 15. Leandru Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zübeyr, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dübua, 4. Matias Yensen, 13. Əmrə Taşdəmir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Dəmir

Baş məşqçi: Okan Buruk