Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb, İlham Əliyev qalib gəlib
07.02.2024

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Məzahir Pənahov bildirib ki, İlham Heydər oğlu Əliyev 2 milyon 497 min 542 səs qqazanıb, yəni 92,10 % səslə növbədənkənar prezident seçkilərində qalib gəlib.

- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);
- Zahid Oruc - 2,20 faiz;
- Fazil Mustafa - 1,99 faiz;

- Qüdrət Həsənquliyev - 1,78 faiz;

- Razi Nurullayev - 0,79 faiz;
- Elşad Musayev - 0,66 faiz;

- Fuad Əliyev - 0,48 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 % -ni toplayaraq qalib gəlib.