Prezident Rumıniya və Moldovaya yeni səfirlər təyin edib
09.12.2023

Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Visiontv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qüdsi Osmanov Rumıniyaya səfir təyin olunub

***

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Visiontv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Ülvi Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.