Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20.02.2020

İtaliyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.

Visiontv.az xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib.

Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.