Prezident İlham Əliyev Xankəndidə “Qarabağ”-MOİK oyunundan əvvəl çıxış edib
Videonu Aç
21.12.2023

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.

Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.

***

14:01

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edir.

***

13:48

Prezident İlham Əliyev bu gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”- MOİK oyunundan əvvəl çıxış edəcək.

Oyun saat 14:00-da başlayacaq.