Prezident erməni faşizimini demokratiya adı ilə pərdələməyə çalışan zehniyyəti ifşa etdi - deputat Hikmət Babaoğlu
Prezident erməni faşizimini demokratiya adı ilə pərdələməyə çalışan zehniyyəti ifşa etdi - deputat Hikmət Babaoğlu
08.05.2021 Hikmət Babaoğlu Tərəfindən

Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a verdiyi müsahibə elə dərhal qlobal informasiya məkanında geniş rezonanas doğurmuşdu. İndi isə 3 milyon baxışı keçərək trendə çevirilib.

Bu özlüyündə  bir neçə kontekstdə qiymətləndirilməli mühüm hadisədir. Əvvəla qeyd etmək lazımdır ki , indiyədək ölkəmizlə  bağlı heç bir xəbər yaxud məlumat “Twitter”də  bu qədər izlənməmişdi. Bu yalnız məsələnin bir tərəfidir. Müzakirələrə  səbəb olan və təqdir edilən  əsas yanaşmalardan biri isə Azərbaycan Prezidentinin ona qarşı yönəldilən "yumşaq güc" silahını geri çevirərək effektiv şəkilədə qarşı tərəfin özünə tətbiq etməsi bacarığıdır. Ancaq bu özü də təkcə bacarıq deyil əslində həm də çoxlarının düşündüyü lakin dilə gətirə bilmədiyi ədalətin yüksək səslə ifadə edilməsi idi. Çünki qlobal güc mərkəzlərinin çoxsaylı silah arsenalında ən səmərəli silahlardan biri informasiya silahıdır.

“BBC News” də uzun illərdir təmsil etdiyi güc mərkəzlərinin maraqlarına mükəmməl şəkildə xidmət edib və qarşısına çıxanı özünəməxsus hücum silahı ilə sıradan çıxarmağı bacarıb. Ancaq bu dəfə tamamilə fərqli situasiya ilə qarşılaşdı və tərkisilah edildi. Müxbirin ənənəvi uydurma ittihamları, söz və mətbuat azadlığını, siyasi azadlıqları manipuliyasiya etməsi cəsarətlə dəf edildi və dəmir məntiqlə susduruldu. Prezident İlham Əliyev bildirdi ki, sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır.

Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız. Bu cavabda uzun illərdir qərbin informasiya müharibəsinə qarşı, universal dəyərləri istismar edərək qarşı tərəfi əzən siyasətinə qarşı çoxlarının demək istədiyi lakin cəsarət edə bilmədiyi  ağıl, intellekt və cəsarət var idi. Ona görə də təqdirlə qarşılandı. Beləliklə də  Prezident İlham Əliyev sivilizasiyaların qarşıdurması siyasətinə və islamafobiyaya xidmət edən zehniyyəti, ermənilərin vəkili kimi çıxış edən, erməni faşizimini və işğalçılıqıq siyasətini demokratiya, insan hüquqları və azadlıqları  ilə pərdələməyə çalışan zehniyyəti ifşa etdi. Bu ədalətin və cəsarətin təntənəsi idi.

Visiontv.az