Prezident Ərdoğan Kahramanmaraşa səfər edib
Prezident Ərdoğan Kahramanmaraşa səfər edib
23.03.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görülən işləri nəzərdən keçirmək və 11 vilayətdə ilkin mərhələdə 17 min 902 evin təməlqoyma mərasimində iştirak etmək üçün Kahramanmaraş şəhərinə səfər edib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, daha sonra Kahramanmaraşda vətəndaşlarla bir araya gələcək Ərdoğan, ilk iftarını zəlzələ qurbanları ilə birgə açacaq.

Zəlzələdən zərər çəkmiş 11 əyalətdə 46 min 500 evin tikinti prosesi başlayır. İlkin mərhələdə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 17 902 binanın bu gün təməli qoyulacaq. 

İlahə Əliyeva