27.03.2019
Ölkə
alt

Prezident çoxdan gözlənilən yolun açılışını etdi - FOTO

Visiontv.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə dövlət başçısına məlumat verib.

 

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

 

Qeyd edək ki, Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yol 2.7 km uzunluğa malikdir. Yol Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol I texniki dərəcəyə uyğun olaraq inşa olunub. 

Yeni yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlıdır. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edir.

 

 Yeni avtomobil yolunun açılışı ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənib.

 

 

Şərh yazın