Pit Heqset İrana mümkün zərbə fonunda Pentaqonun əsas generalını işdən çıxardı
29.10.2026

ABŞ-nin hərb naziri Pit Heqset Qərargah Rəisləri Birləşmiş Komitəsinin strateji planlaşdırmasına cavabdeh olan general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib. İşdən çıxarılmanın rəsmi səbəbləri hələlik ictimaiyyətə açıqlanmayıb.

Visiontv.az  "The Atlantic" nəşrinə istinadən xəbər verir ki, Heqset generala etimadını itirib və eyni zamanda, onun müdafiə nazirinin müavini Elbric Kolbi ilə fikir ayrılıqları yaranıb.

Mənbənin bildirdiyinə əsasən, Heqsetin Pentaqona rəhbərlik etdiyi dövr ərzində artıq 26 general və admiral öz vəzifəsini tərk etməli olub. Bu kadr dəyişikliyi aralıq seçkidən sonra  ABŞ-nin İrana endirə biləcəyi mümkün zərbələr barədə yayılan xəbərlər fonunda baş verib.

Məlumata əsasən, Vaşinqton hərbi əməliyyatla bağlı müxtəlif ssenariləri nəzərdən keçirir: nüvə obyektlərinə dəqiq zərbələrin endirilməsindən tutmuş İran rəhbərliyinə və infrastrukturuna qarşı daha genişmiqyaslı kampaniyanın həyata keçirilməsinə qədər.

visiontv.az