Pezeşkiyan və Qalibaf Əraqçını vəzifədən kənarlaşdırılmaq istədirlər
05.05.2026

İki məlumatlı mənbənin verdiyi məlumata görə, Pezeşkiyan və Qalibaf İran adlanan ölkənin diplomatik siyasətinin, xüsusilə nüvə danışıqlarının Əraqçi tərəfindən idarə olunmasından narazıdır və onun vəzifədən uzaqlaşdırılmasını tələb edirlər.

İcra və qanunverici orqanların rəhbərləri arasında aparılan müzakirələrdən xəbərdar olan mənbələr bildirir ki, onların fikrincə, xarici işlər naziri son həftələrdə hökumət siyasətini həyata keçirən bir rəsmi şəxs kimi deyil, daha çox Əhməd Vahidinin verdiyi əmirləri yerinə yetirən şəxs kimi çıxış edib.

Mənbələrin bildirdiyinə əsasən, Əraqçi son iki həftə ərzində Pezeşkiyanı məlumatlandırmadan, Vahidi ilə tam koordinasiya şəraitində və onun göstərişlərinə uyğun şəkildə fəaliyyət göstərib.

Bu vəziyyət Pezeşkiyanın ciddi narazılığına səbəb olduğu bildirilir. O, yaxın çevrəsinə deyib ki, mövcud vəziyyət davam edərsə, Əraqçini vəzifəsindən azad etmək qərarı verə bilər.

Xatırladaq ki, bundan əvvəl də İran rejimi daxilində ciddi qarşıdurmaların olduğu ilə bağlı xəbərlər yayılmışdı. Son günlərdə isə Pezeşkiyan və Sepahın əsas aparıcısı hesab edilən Əhməd Vəhidi arasında ciddi ixtilafların yarandığına dair məlumatlar dərc olunur. Görünür Əhməd Vəhidian hələ ki, Məsud Pezeşkiyanı ram edə bilməyib.

Sadiq İsabəyli

visiontv.az