News.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib"
04.05.2026

Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında çıxışı zamanı avropalı deputatların Bakı ilə İrəvan arasında yekun razılaşmaların əldə edilməsinə mane olduqlarını bildirib.

Visiontv.az  xəbər verir ki, bu barədə Rusiyanın News.ru saytında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan lideri son beş il ərzində  Avropa Parlamentinin  Azərbaycan əleyhinə 14 qətnamə qəbul etdiyini vurğulayaraq, bunun ölkəyə qarşı qərəzli münasibətin göstəricisi olduğunu önə çəkib.

"Bu qurum sülh prosesini dəstəkləmək əvəzinə, faktiki olaraq onun sabotajı ilə məşğul olur", - deyə dövlət başçısı bildirib.

Buna cavab olaraq, Azərbaycan parlamenti artıq bütün əsas sahələrdə bu təşkilatla əməkdaşlığın  tamamilə dayandırılması barədə qərar qəbul edib. Bundan əlavə, rəsmi Bakı milli maraqlarını qorumaq üçün  Avronest  Parlament  Assambleyasından çıxmaq prosedurlarına başlayıb.

visiontv.az