Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını elan edib
Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını elan edib
25.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını elan edib və deyib ki, “Ermənistanın özgə torpaqlarını işğal etmək planı yoxdur". Maraqlı açıqlamadır.

Daha doğrusu, Ermənistanın əvvəllər belə bir niyyətdə olduğunu dolayısı yolla ortaya qoyan bir etirafdır. Eyni zamanda hazırda gücsüz olduqlarını dərk etmələrindən doğan etirafdır.

Özlərini güclü zənn etdikləri zamanlarda isə belə danışmırdılar. David Tonoyan "yeni müharibə, yeni ərazilərin işğalı"ndan dəm vururdu, Nikol isə "Qarabağ Ermənistandır, vəssalam" deyə sərsəmləyirdi.

Lakin 44 günlük müharibə ilə reallıq hissinə qayıtdılar, biraz ağıllandılar.

Deməli, divin (ermənilərin) cəmi bir müharibəlik canı varmış.

Erməni siyasətçilərinin "geosiyasi iştah"ları ilə reallıqlar tərs mütənasib olduğuna görə indi özlərini hələlik bir müddətliyinə "sülhpərvər" kimi göstərməyə çalışırlar.

Ümumiyyətlə isə, bu kiçik ölkənin rəhbərliyi böyük iddialardan əziyyət çəkir.

Natamamlıq kompleksi Ermənistan dövlətinin də, erməni xalqının da ümumi bəlasıdır.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az