Paşinyan onun istefasını tələb edən generalları həbs etdirəcək - Məhəmməd Əsədullazadə
Paşinyan onun istefasını tələb edən generalları həbs etdirəcək - Məhəmməd Əsədullazadə
28.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanda hərbi-siyasi vəziyyət növbəti dəfə gərgin mərhələyə keçir. Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən generallara qarşı cinayət işi açdıraraq ordudan xaric edib, həbs etdirəcək.

Qeyd edim ki, Onik Qasparyanı istefaya göndərdikdən sonra, onunla birgə istefa sənədinə imza atan generallara dəyməyəcəyini Baş qərargah rəisi Artak Davityan vasitəsilə nəzərlərinə çatdırmışdı. Demək olar ki, ordunun əksər korpus komandirləri Paşinyanın istefasını tələb edən sənəddə imzaya malikdir. Paşinyan prosesləri nəzarətə aldıqdan sonra onları orduda saxlamağı özünün hakimiyyətinə qarşı təhlükə hesab edir. Paşinyanın istefasını tələb edən və orduda səlahiyyətləri olan bu generallar Rusiyaya və Koçaryana bağlı şəxslərdi. Ona görə də onları zərərləşdirmək Paşinyanın əsas planlarından biridir.

Çünki, onların orduda qalması Paşinyanın islahatarına mane olacaq. Xüsusuilə Aəzrbaycanla əlaqələrin normallaşdırılmasına və Zəngəzur dəhlizinin açılmasını sabotaj edəcəklər. Ona görə də Paşinyan bu generalları ordudan təmizləyəcək. Bununla o Rusiyanın ordudakı mövqeyini zəiflədəcək. Paşinyan genralları ordudan uzaqlaşdırmaqla özünün hakimiyyətini gücləndirəcək. Birinci, ona qarşı çıxan genaralları ordudan uzaqlaşdırmaqla  hərbi çevriliş cəhdinin təkararlanmsının qarşını alır. İkinci, Rusiya və Qarabağ klanının ordu ilə əlaqəsini kəsir. Üçüncü, orduda revanşizm tərəfdarlrının qarşısnı alır və ordunu yenidən komplektləşdirir. Dördüncü, Azərbaycan və türkiyə ilə münasibətlərin normallaşmasına və Zəngəzur dəhlizinin açılmasına mane olanlardan yaxa qurtarır.

Əgər, Paşinyan onun istefasını tələb edən generalları ordudan uzaqlaşdırmasa, onun hakimiyyətinə və apardığı islahlatlara təhlükə qalacaq. Ona görə də Baş Qəraragah rəsininin birinci muavinindən başlayaraq bu prosesə start verib. Növbə digər generallara çatacaq.  Məhz Zəngilan istiqamətində Azərbaycana qarşı atəş həyata keçirən  Rusiyaya bağlı bu generalllardır.

Visiontv.az