Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə flaşmob təşkil olunub
Sputnik-ə istinadən qeyd edək ki, Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə keçirilib flaş-mob. Flaşmob “On milyon” başlığı ilə keçirilib.
200-dən artıq rayon gəncinin iştirak etdiyi flaşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub.
Flaşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.