Son günlər Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözləniləndir. Hesab edirəm ki, səbirlə prosesi aparmaq lazımdır.
Visiontv.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O əlavə edib ki, Azərbaycanın süverenliyinə qarşı addımlara anında cavab verilməlidir:
“Öldürülən bir əsgərimizə qarşılıq 20 erməni əsgəri öldürülməlidir. Belə məsələlərdə güzəşt olsa, proses uzanacaq. Azərbaycan xalqı dövlət başçısının arxasındadır və onun iradəsini müdafiə edir”.
Axar.az