Notariat hərəkətlərinin aparılması qaydaları DƏYİŞDİ
03.05.2019

"Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib

"Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib.

 Visiontv.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, dəyişiklik məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalındakı iştirak payları ilə əlaqədardır.

Bundan sonra məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal "Elektron notariat” informasiya sisteminə daxil etməlidir.

Ədliyyə Nazirliyi isə "Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürməlidir.