16.012.2019
Axtar
İdman-sağlamlıq
alt

Neymara təklif olunan maaş "Barselona"nı qarışdırdı

"Barselona"nın PSJ-dən ayrılmaq istəyən Neymara təklif etdiyi maaş açıqlanıb.

 

"El Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu braziliyalı ulduza illik 36 milyon avro maaş təklif edib. Lakin bu təklif klub daxilində narazılıqlara səbəb olub. Əksər klub rəsmiləri bir futbolçuya bu qədər maaş verilməsinin əleyhinə çıxıb.

 

Qeyd edək ki, Neymar "Barselona"da 14 milyon avro maaş alırdı. PSJ isə ona illik 36 milyon avro maaş ödəyir.

Şərh