Nensi Pelosi Ermənistana səfərini özünün seçkiqabağı təbliğat kompaniyasının tərkib hissəsi kimi görür
Nensi Pelosi Ermənistana səfərini özünün seçkiqabağı təbliğat kompaniyasının tərkib hissəsi kimi görür
19.09.2022 Hikmət Babaoğlu Tərəfindən

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana təktərəfli səfəri ABŞ-n Cənubi Qafqazda tarazlıq  siyasətinə və sülh istiqamətində əməkdaşlıq səylərinə kölgə salır.

Ancaq bu məsələnin yalnız bir tərəfidir. N.Pelosi bu azmış kimi üstəlik Azərbaycanın ünvanına qeyri obyektiv və əsassız ittihamlar səsləndirir. Onun açıqlamlarından aydın olur ki , N .Pelosinin region və ən son törədilən erməni təxribatı haqqında məlumatları birtərəflidir və erməni təbliğatının təsiri altında formalaşıb.

Əslində 85 yaşlı siyasətçinin  qondarma erməni soyqırımı haqqında səsləndirdiyi fikirləri də nəzərə alsaq aydın olar ki, Pelosi Ermənistana səfərini həm də özünün seçkiqabağı təbliğat kompaniyasının tərkib hissəsi kimi görür. Çünki yaxın zamanlarda Numayəndələr palatasına ara seçikiləri keçiriləcək və yeni tərkibdə formalaşan heyətə spiker seçilən zaman ermənipərəst  nümayəndələrdən səs almaq  lazım olacaq. Görünür bu səslər Pelosinin yenidən spiker olması üçün çox vacibdir. Ona görə də Pelosi Ermənistanda ərazi bütövlüyü, insan  hüquqları haqqında danışan zaman hesab edir ki, ermənilərin rəğbətini qazana bilər və bu rəğbət ona ABŞ da yaşayan erməni lobbisinin səsi  və dəstəyi kimi dönər. Ancaq N. Pelosi üçün doğurdan da insan hüquqları, demokratiya, ərazi bütövlüyü prinsipi  belə qiymətli dəyərlər idisə nəyə görə iki il bundan qabaq Azərbaycana səfər edib ərazi bütövlüyünün  vacibliyi haqqında Ermənistana məsaj vermədi. Bir milyon qaçqın və məcburi köçkünlərin hüququndan danışmadı.

Əgər ərazi bütövlüyü məsələsi prinsipial idisə nəyə görə vətəndaşı olduğu ölkə ABŞ-ın Çini vahid Çin olaraq tanıdığı halda bir müddət  öncə Tayvana səfər edərək dövlətinin rəsmi siyasətini etibarsızlaşdımış oldu. Göründüyü  kimi məsələ ərazi bütövlüyü məsləsi deyil. Azərbaycan da heç bir ölkənin ərazi bütövlüyünə təcavüz etməyib. Əgər iki ölkə arasında sərhədlər hələ delimitasiya edilməyibsə görəsən N. Pelosi necə müəyyən edib ki, kim təcavüzkardır. Ona görə də Azərbaycanın ünvanına səsləndirilən fikirlərin heç bir obyektiv əsası yoxdur və biz belə əsasız fikirləri qətiyyətlə qınayırıq.

Millət vəkili Hikmət Babaoğlu

visiontv.az