Neftçalada şəhid atası dəfn olunub
04.02.2022

Şəhid Mütəllimov Asəf Rəhman oğlunun atası Mütəllimov Rəhman Rizvan oğlu vəfat edib. Şəhidin atasının dəfn olunma mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və din xadimləri iştirak edib.

Məlumat üçün bildiririk ki, şəhid Mütəllimov Asəf Rəhman oğlu  1-ci Qarabağ döyüşləri zamanı Ağdam şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 14 iyun 1993-cü ildə Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
 
Ulu Öndər Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli Fərmanı ilə Asəf Mütəllimov ölümündən sonra  “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid atası Mütəllimov Rəhman Rizvan oğlunun vəfatından kədərləndiyini bildirir və dərin hüznlə baş sağlığı verir. 

Visiontv.az