İran ilə Rusiya ticarət hesablaşmaları üçün yeni yollar axtarırlar
05.05.2024

Təklif olunmuş yollardan biri İranın Mərkəzi Bankında mövcud rəqəmsal valyutalardan və rəqəmsal maliyyə vəsaitlərindən istifadə etməkdir.

Bu barədə İranın Moskvada Səfirliyinin ticarət işləri üzrə məsul şəxsi Möhsün Rəhmi Rusia KİV ilə müsahibəsində bildirib.

“Rəqəmdal rubl və rəqəmsal rialdan istifadə iki ölkə arasında ticarət proseslərini asanlaşdıra və mövcud sanksiyaların təsirlərinin azalmasına köməklik edə bilər” Rəhimi vurğulayıb.

O, həmçinin Rusiyanın Mir ödəmə kartlarının İranda tətbiqi məqsədi il sınaq olaraq dövlət planlarının aprel ayının sonlarından icraya yönəldiyini bildirib. 

visiontv.az