Nazirlik: Naxçıvanda tədris prosesi normal qaydada davam edir
05.03.2026

"Məktəblərimizə heç bir ziyan dəyməyib, tədris prosesi normal qaydada davam edir".

Bu barədə  APA-nın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o cümlədən  dron zərbəsi endirildiyi  deyilən hava limanının yaxınlığındakı Babək rayonu, Hacıvar kəndin məktəbində də tədris davam etdirilir: "Sadəcə, bəzi valideynlər ehtiyat tədbiri olaraq məktəbə gələrək övladlarını götürürlər".

visiontv.az