Nazir yanğından sonra istefa verdi - Misirdə
27.02.2019

Misirin paytaxtı Qahirədə vağzalda baş vermiş yanğından sonra ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib.

Misirin paytaxtı Qahirədə vağzalda baş vermiş yanğından sonra ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib.

Visiontv.Az Trend-ə istinadən bildirir ki, baş nazir Mustafa Mədbuli onun istefasını qəbul edib.

Qeyd edək ki, səhər saatlarında vağzalda qatarların toqquşması nəticəsində partlayış və yanğın baş verib.

Hadisə nəticəsində 29 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb.