Nazarbayevin videomüraciəti yayıldı
Videonu Aç
18.01.2022

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.

Visiontv.az xəbər verir ki, o, rəsmi yutub kanalında videomüraciət yayımlayıb.

Bildirib ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib:

"O vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”.

Nazarbayev ölkədəki etirazlara toxunaraq, deyib ki, Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək olub: “Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək”.

Mia.az