Müharibədə 100 min ukraynalı hərbçi, 13 min mülki şəxs həlak olub
14.04.2025

Rusiya-Ukrayna müharibəsində 100 min Ukrayna hərbçisi, 13 min mülki şəxs öldürülüb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O eyni zamanda bildirib ki, müharibə başladıqdan bu yana Rusiya ordusu məktəblərə 1700 dəfə hücum edib. Nəticədə 600 nəfər uşaq qətlə yetirilib:

“Eyni zamanda 780 xəstəxana və klinika da hücuma məruz qalıb. Bizim xalqımız bu müharibədən çox ciddi zərər çəkib. Biz xeyli miqdarda pul və ən əsası insanlarımızın həyatını itirdik”.

O həmçinin, ABŞ tərəfinin bu müharibəyə yanaşmasını da dəyərləndirib:

“Çox təəssüf ki, hazırda rəsmi Vaşinqtonun bəyanatlarında rusmeylli narrativlər üstünlük təşkil edir. Bizim məruz qaldığımız itkiləri və çəkdiyimiz əzabları görə-görə rusların aqressor olmadığına, müharibəni onların başlamadığına inanmaq mümkündürmü? Bütün bunlar Rusiyanın informasiya siyasətinin ABŞ-a, onun siyasətinə və siyasətçilərinə güclü təsirinin göstəricisidir”.



Gündəlik

slide 7 to 10 of 8