Netanyahu: "İsrail tək qalsa belə İranla qarşıdurmadan çəkinməyəcək"
25.04.2025

İsrailin baş naziri Benyamin Netanyahu İranı İsrailə qarşı və bəşəriyyətin gələcəyi üçün təhlükə adlandırıb.

Netanyahu vurğulayıb ki, onun hökuməti “İran təhlükəsi” ilə üzləşməkdə qərarlıdır. O bildirib ki, İsrail tək qalsa belə İranla qarşıdurmadan çəkinməyəcək.

“Əgər tək dayanmağa məcbur olsaq, bunu edəcəyik, lakin heç bir şəkildə qələbəyə nail olmaq missiyamızdan geri çəkilməyəcəyik.” - deyə Netanyahu bildirib.

“Əgər bu döyüşü uduzsaq, növbəti hədəf Qərb ölkələri olacaq.” - Netanyahu xəbərdarlıq edib.

visiontv.az