Müharibə nəticəsində İrana 270 milyard dollar zərər dəyib
15.04.2026

İran ABŞ və İsrail hücumları nəticəsində dəyən zərərin indiyədək təxminən 270 milyard dollar olduğunu açıqlayıb.

Bu barədə hökumət sözçüsü bildirib.

Fatimə Mühacirani Rusiyanın RIA Novosti agentliyinə verdiyi açıqlamada qeyd edib ki, müharibə təzminatları İranın danışıqlar heyətinin gündəmində olan məsələlərdən biridir və bu mövzu İslamabadda keçirilən görüşlərdə də müzakirə olunub.

O əlavə edib ki, bu məbləğə həm birbaşa, həm də dolayı itkilər daxildir.

visiontv.az