Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən Bakıya qayıdıb
09.10.2023

Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən Bakıya qayıdıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, müğənni daha əvvəl sosial mediada paylaşım edərək Tel-Əvivdən İstanbula uçduğunu bildirmişdi.

***

09:47

Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.

Bu barədə o, sosial media hesabında bildirib.

O, hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.

Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.