16.07.2019
Axtar
Gündəlik
alt

Mübariz Tagıyev: Onun musiqi duyumu gözəldir və müasirliyi sevir...

Xalq artisti Mübariz Tağıyev deyir ki, Çingizin Azərbaycana qalibiyyətlə qayıtmasını istəyir

İsrailin paytaxtı Təl-Əvivdə “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi start götürüb. Azərbaycanı “Avroviziya-2019”da gənc müğənni və bəstəkar Çingiz Mustafayev “Truth” adlı mahnı ilə təmsil edəcək. Mahnının müəllifi bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovdur.

Xalq artisti Mübariz Tağıyev  müsahibəsində qeyd edib ki, Çingiz Mustafayev çox istedadlı gəncdir:

“Çingiz gənc olmasına baxmayaraq, peşəkardır və Azərbaycana bağlı insandır. Onun musiqi duyumu gözəldir və müasirliyi sevir. Əvvəl mənə elə gəldi ki, bu mahnı onun çalışdığı istiqamətə uyğun deyil, ancaq istedadlı insan bütün istiqamətlərdə işləyə bilər. Mahnı mənim xoşuma gəldi və düşünürəm ki, Çingiz öhdəsindən gəlib. Çox istərdim ki, Çingiz Azərbaycana qalibiyyətlə qayıtsın”.

sputnik.az

 

Şərh yazın