Moskavada gərgin danışıqlar gedəcək - deputat Sahib Alıyev
Moskavada gərgin danışıqlar gedəcək - deputat Sahib Alıyev
11.01.2021 Sahib Alıyev Tərəfindən

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşləri öncəsi Prezident Vladimir Putinin ölkəsinin güc strukturlarının rəhbərlərini bir araya gətirərək onları dinləməsi orada gərgin danışıqların gedəcəyindən xəbər veirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan toplantıda 10 noyabr üçlü bəyanatı və Qarabağla bağlı dedikləri fikirlərə əsaslanaraq bizim Moskvada hansı məsələlərin üzərində dayanacağımızı təxmin etmək olar.

Azərbaycanın ən başlıca istəyi Qarabağda sülhün möhkəmlənməsi, əmin-amanlığın təmin edilməsi, geniş quruculuq işlərinin aparılmasıdır. Bunun üçünsə üzərlərinə sülh  yaratma missiyası götürənlərin ilk növbədə mandatlarına uyğun davranması, bir zaman “tikinti materialları” göndərdiklərinin  dağıtdıqları torpaqlarda quruculuq işlərinə başlanmasına maneçilik törətməmələri gərəkir. Və onlar Ali Baş Komandanlarının dediyi “Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır” sözlərini unutmamalı, yeni il öncəsi kampot tostu kimi 366-cı alayla bağlı acı xatirələri yada salan  həddini aşan sayıqlamalara son qoymalıdırlar!
Moskvada yəqin Azərbaycanın güc strukturlarının Xocavənd rayonunda tərkisilah etdiyi terrorçu dəstənin 10 noyabr bəyanatından yarım ay sonra Ermənistanın Şirak vilayətindən  ora niyə göndərildiyi və nə üçün buraxıldığı kimi məsələlərə də aydınlıq gətiriləcək. O sıradan Fransa parlamentinin satınalınmış, islamafob üzvlərinin bizim iznimiz olmadan tporpaqlarımıza ayaq basmalarına nədən göz yumulmasına da. Məhz 10 noyabr bəyanatına görə belə halların qarsısını almaq Rusiya hərbçilərinin birbaşa öhdəliyidir.

Yeri gəlmişkən, bu görüş öncəsi Fransa Prezidenti Makronun Vladimir Putinə zəng etməsinin özü də maraqlı və düşündürücü faktdır. İlk növbədə fransalılar üçün. Görəsən fransalılar fərqindədirlərmi ki, makronları bu zənglə təkcə özünün deyil, ölkəsinin də köməkçi rolu oynadığını, ikinci dərəcəliliyini təsdiqləmiş olur.

Visiontv.az