Mnatsakanyanın Moskvaya səfərinin məqsədi Vaşinqton görüşündən əvvəl Lavrovdan təlimatlar almaqdır - Məhəmməd Əsədullazadə
21.10.2020

Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Moskvaya növbəti səfəri əsasən, bu ayın 23-də Vaşinqtonda ABŞ dövlət katibi M.Pompeonun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbər ilə birgə görüşdən əvvəl S. Lavrovdan təlimatlar almaqdı. Bu illər ərzində Qərbdə aparılan Qarabağ danışıqları fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən əvvəl, ermeni nazir Moskvaya dəvət edilir və təlimatlandırılırdı.

Rusiya narahatdır ki, Vaşinqtonda Ermənistan qoşunlarının çıxarılması və baza sənədlərinin qəbulu reallaşa bilər. Tərəfləri bir masada anlaşmaya gətirə bilməyən Moskva,  Vaşinqtonda müzakirələrin formatından tam arxayın olmaq istəyir. Ona görədə Lavrov -Mnatsaksnyan görüşü əvvəlki qaydada deyil, tərəflər bir-birlərinin mövqeyini deqiqləşdirmək üçün görüşür. Çünki, iki  tərəf arasında etimad mühiti əvvəlki qaydada deyil. Azərbaycanı atəşkəsə gətirə bilməyən Moskvadan Yerevan demək olar ki, əlini üzüb. Sadəcə, hazırda Mehri dəhlizini qorumaq üçün Moskvanın çağırışlarına gedir. Və onun isrəklərinin qəbuluna məcburdur.
Sergey Lavrovla  Z. Mnatsakanyan görüşü Qarabağ məsələsində həlledici deyil.

Bundan əlavə, Zəngilan istiqamətində Azərbaycan ordusunun Ermənistan sərhəddinə çıxması Z.Mnatsakanyanın Lavrovla görüşündə müzakirə ediləcək. Yerevan narahatdır ki, Azərbaycan Mehri dəhlizinə girərsə, Moskva susqunluq göstərə bilər. Rusiya sərhədçilərinin bu istiqamətdə gücləndirilməsini istəyəcək. Bundan əlavə, Rusiya "sülhməramlı" qüvvələrinin Xankəndiyə yerləşdirilməsi müzakirə edilə bilər. Moskva məhz Türkiyə faktoruna görə buna getməyəcək.

Moskva və Vaşinqton görüşləri Azərbaycanın hərbi əməliyyatlarının qarşısının alınması üçün ciddi bir proses deyil. Azərbaycan ordusu qısa müddətdə Ermənistan qoşunlarını mühasirəyə alması reallaşa bilər. Ermənistan növbəti dəfə  Mosvadan yardım istəyəcək. Azərbaycan qısa müddətdə hərbi əməliyyatları bitirməsi mütləqdir.

Regionda yeni bir siyasi konfiqurasiya qurulur.

Visiontv.az