"Minalarla bağlı məsələni ümumxalq işinə çevirməliyik..."
"Minalarla bağlı məsələni ümumxalq işinə çevirməliyik..."
25.05.2023 MEDİA Tərəfindən

Ağdamda keçirilən ikinci "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva deyib ki, Azərbaycanda mina ilə bağlı vəziyyət məyusedicidir. Minanı 1 dollara hazırlamaq mümkündür, lakin onun təhlükəsiz şəkildə təmizlənməsi minlərlə dollara başa gəlir.

Qarabağdakı mina probleminin ən optimal versiyada həlli yolları nədir? Mövzu ilə bağlı hərbi ekspert Tərlan Eyvazovun Visiontv.az saytına açıqlaması belədir:

Təəssüf ki, BMT rəsmisi çox haqlıdır. Müəyyən silahlar var ki, çox az qiymətə başa gəlsə də onların fəsadlarını aradan qaldırmaqdan ötrü böyük məbləğlər tələb olunur. Çoxsaylı insan tələfatı baş verir. İnsan həyatı məhv olur. Azərbaycanda erməni işğalından bizə qalan tək xarabalıqlar deyil, evlərimizin dağılması deyil, həmçinin sayı yüz minlərlə olan müxtəlif növlü minalardı.

Azərbaycan isə Vətən müharibəsindən dərhal sonra onların zərərsizləşdirilməsi üçün ən ciddi tədbirlər görməyə başlayıb. Bunun üçün böyük maddi vəsaitlər ayrılıb. Dünyanın ən qabaqcıl texnologiyaları ölkəmizə gətirilib. Yaxın və digər ölkələrdən mütəxəssislər dəvət edilib. Amma bu yenə də bəhs etmir ki, biz bu problemlərdən qurtulaq. Nəticədə də 30 ildən artıq müddətdə qaçqın düşən vətəndaşlarımızı öz yurdlarına qaytaraq. Təəssüf ki, bu problemdən qurtulmanın yolun tapa bilərdik. Bu da əsasən minaları basdıran Ermənistandan xəritələri almaq idi. Bu isə baş vermədi. Erməni siyasi - hərbi rəhbərliyi müxtəlif bəhanələrlə, hətta beynəlxalq müzakirələr olunsa da, onların terrorçu olan girovlarını azad etsək də düşmən xəritələri bizə verməkdən yayındı. 

Necə ki, Rusiya və Ukrayan ərazisində hələ də İkinci dünya müharibəsindən qalan minalar var. Ona görə də biz də adekvat işimizi qurmalıyıq. Ehtiyatlı davranmalıyıq. Bu sahəyə kadr axınını təmin etməliyik. İnsanlarımızı maarifləndirməliyik. Bu sahədə işləyən strukturların bir daha genişləndirilməsini, təhcizatını daha yüksək səviyyəyə qaldırmalıyıq. 30 il ərzində biz sülh yolu ilə torpaqlarımızı azad etmək istədik. Amma bu baş verəməyən də yalnız özümüz bu işə rəvac verdik. Ondan sonra isə yalnız birlikdə ordumuzun və dövlət rəhbərliyimizin apardığı azadlıq müharibəsi nəticəsində torpaqlarımıza sahiblənə bildik. 

Düşünürəm ki, minalarla bağlı məsələni ümumxalq işinə çevirməliyik. Mütləq şəkildə bu məsələ ilə bağlı daha geniş və daha dərin şəkildə məşğul olmalıyıq. Ən əsası isə xalqımızı, həmin ərazilərdə yaşayan insanları maarifləndirməliyik ki, bundan sonra itkilərimiz olmasın. Təbii ki, bu vaxta qədər etdiyimiz işi daha intensivləşdirib bütün minaları ərazilərimizdən tapıb təmizləməliyik..."

Bünyamin Bünyadzadə

Visiontv.az