Milli Şura bildirir ki, karantin rejimin uzanması onlara sərf edir-deputat Siyavuş Novruzov
05.08.2020

“Bu gün Milli Şura bildirir ki, karantin rejimin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.

Visiontv.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir: “Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.